logo

Ceyhun Bayramov ABŞ rəsmisinə erməni təxribatlarını anlatdı

19:35 11-01-2022 | icon 1603
Ceyhun Bayramov ABŞ rəsmisinə erməni təxribatlarını anlatdı

Yanvarın 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.

 YeniAvropa xəbər verir ki, bu barədə XİN-in Mətbuat xidməti idarəsindən bildirilib.

Qeyd edilib ki, tərəflər regional təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən atılan addımlar barədə danışıb. Nazir Ermənistan tərəfinin iki dövlət sərhədində təxribatı davam etdirdiyi və Kəlbəcər istiqamətində bir hərbi qulluqçumuzun şəhid olması haqqında qarşı tərəfə məlumat verib, bu təxribata görə məsuliyyətin bilavasitə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.

Telefon danışığı zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.