logo

Kürdəmirdə ağır avtoqıza: KAMAZ  “Mercedes”in sürücüsünü vurdu

13:13 11-01-2022 | icon 1351
Kürdəmirdə ağır avtoqıza: KAMAZ  “Mercedes”in sürücüsünü vurdu

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini 48 yaşlı Rauf Rəcəb oğlu Əhmədov idarə etdiyi “Mercedes” markalı avtomobili yol kənarında saxlayaraq yolu keçmək istəyib. Bu zaman onu yolda hərəkətdə olan “KamAZ” markalı yük maşını vurub. R.Əhmədov hadisə yerində ölüb.

Onun cəsədi müayinə olunması üçün təcili tibbi yardım maşını ilə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.