logo

Avropa Parlamentinin sədri David Sassoli vəfat edib

09:19 11-01-2022 | icon 1470
Avropa Parlamentinin sədri David Sassoli vəfat edib

Avropa Parlamentinin sədri David Sassoli dünyasını dəyişib.

YeniAvropa  xarici KİV-ə istinadla xəbər verir ki, 66 yaşlı siyasətçi İtaliyanın Aviano şəhərindəki onkoloji xəstəxanada dünyasını dəyişib. David Sassolinin mətbuat katibi xəbəri təsdiqləyib.

O, ötən gün səhhətindəki problemlə əlaqədar xəstəxanaya yerləşdirilib.İlkin məlumata görə, Avropa Parlamenti rəhbərinin ölümünə immun sisteminin pozulması səbəb olub.

Qeyd edək ki, həkimlər ötən ilin sentyabrında Strasburqda xəstəxanaya yerləşdirilən D.Sassolinin vəziyyətini normal qiymətləndirirdilər. Müayinə nəticəsində ona pnevmaniya diaqnozu qoyulmuşdu, sonra müvafiq müalicə aparılmışdı. D.Sassoli Avropa Parlamentinin plenar sessiyası zamanı xəstəxanaya çatdırılmışdı.

Keçmiş televiziya jurnalisti David Sassoli ilk dəfə 2009-cu ildə Avropa Parlamentinin deputatı seçilmiş, 2019-cu ildən isə quruma rəhbərlik edirdi.