logo

Gəncədə 27 yaşlı kişi özünü asdı

21:30 09-01-2022 | icon 1582
Gəncədə 27 yaşlı kişi özünü asdı

Gəncədə gün ərzində ikinci intihar hadisəsi qeydə alınıb.

YeniAvropa xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində baş verib.

Belə ki, 27 yaşlı Vəliyev Cavid Faiq oğlu zirzəmidə özünü asaraq intihar edib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Onun meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə aparılıb.

Xatırladaq ki, bundan öncə daha bir intihar hadisəsi şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Hər iki faktla bağlı araşdırmalara başlanılıb.