logo

İslam Əməkdaşlıq Təşkilatın Qazaxıstanla bağlı bəyanat yayıb

14:54 07-01-2022 | icon 2800
İslam Əməkdaşlıq Təşkilatın Qazaxıstanla bağlı bəyanat yayıb

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Qazaxıstanda milli birliyi dəstəkləyən bəyanat yayıb.

YeniAvropa xəbər verir ki, bəyanatda deyilir: “İƏT Qazaxıstandakı hadisələrin gedişini böyük narahatlıqla izləyir və insan tələfatı, dövlət əmlakının dağıdılması ilə nəticələnən insidentlərdən təəssüflənir. Baş Katiblik hazırkı böhranı aradan qaldırmaq üçün bütün tərəfləri maksimum sakit və təmkinli olmağa, zorakılıq hallarına yol verməməyə, milli maraqları qoruyub saxlamağa çağırır”.

İƏT-in Baş Katibliyi Qazaxıstan Respublikasının suverenliyi, təhlükəsizliyi, sabitliyi, ərazi bütövlüyü və milli birliyinin qorunub saxlanılması istiqamətində bu ölkənin hökumətini dəstəklədiyini bəyan edib.