logo

Ukraynanın sabiq prezidenti Petro Poroşenkonun əmlakına həbs qoyulub

18:08 06-01-2022 | icon 1932
Ukraynanın sabiq prezidenti Petro Poroşenkonun əmlakına həbs qoyulub

Kiyev şəhərinin Peçersk rayon məhkəməsi Ukraynanın sabiq prezidenti Petro Poroşenkonun bütün əmlakına həbs qoyulması barədə qərar qəbul edib. Məhkəmə qərarı Petro Poroşenkonun dövlətə xəyanətdə ittiham edildiyi cinayət işi üzrə qəbul olunub.

YeniAvropa  yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə sabiq prezidentin vəkili İqor Qolovanya bildirib. Vəkil qərara etiraz edəcəklərini söyləyib.

Xatırladaq ki, xarici ölkələrin birində olan sabiq dövlət başçısı yanvarın 17-də Ukraynaya qayıtmağı, Baş prokurorla görüşməyi və məhkəməyə gəlməyi planlaşdırdığını açıqlamışdı.

P.Poroşenko dövlətə xəyanətdə ittiham edilir.