logo

Astarada bacılar yatan yerdə  qardaşlarını baltaladılar

11:33 05-01-2022 | icon 3171
Astarada bacılar yatan yerdə  qardaşlarını baltaladılar

Astara rayonunda iki bacı qardaşlarına balta ilə xəsarət yetirib.

YeniAvropa xəbər verir ki, hadisə rayonun Təngərud kəndində qeydə alınıb.

Belə ki, ruhi xəstə olduqları iddia edilən Nargilə və Nadirə Qənbərova bacıları Dağıstandan yenicə qayıdan qardaşları, 1982-ci il təvəllüdlü İlkin Fariz oğlu Qənbərova balta ilə çoxsaylı bədən xəsarətləri yetiriblər.

Hər iki bacı subaydır və ata evlərində yaşayırlar. Hadisənin təfərrüatı hələlik məlum deyil.

Bildirilir ki, bacıların hücumu zamanı İ.Qənbərovun yatdığı ehtimal edilir. Yaralı Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.