logo

Prezident təcili xəstəxanaya yerləşdirildi

22:53 03-01-2022 | icon 2149
Prezident təcili xəstəxanaya yerləşdirildi

Braziliya prezidenti Jair Bolsonaru ehtimal ki, yenidən bağırsaq keçirməzliyi səbəbindən xəstəxanaya yerləşdirilib.

 YeniAvropa xəbər verir ki, bu barədə “France-Presse”  agentliyi məlumat yayıb. 

Xatırladaq ki, J.Bolsonaru ötən ilin iyulunda da eyni səbəbdən xəstəxanaya yerləşdirilib. O, dörd gün xəstəxanada qaldıqdan sonra evə buraxılıb.

Braziliya mediasının məlumatına görə, J.Bolsonaru bazar ertəsi səhər tezdən təcili xəstəxanaya yerləşdirilib. Ölkə lideri ölkənin cənubunda istirahətini yarımçıq qoymağa məcbur olub. Xəstəxanadan bildirilib ki, hazırda onun vəziyyəti sabitdir.

2018-ci ildə sui-qəsd cəhdindən sonra Braziliya prezidentinin səhhətində problemlər mövcuddur. J.Bolsonaru seçkilərə təxminən bir ay qalmış Minas Jerays ştatının Juiz-di-Foru şəhərində seçki mitinqində bıçaqlanıb. Bıçaq bağırsaqları qanla təmin edən arteriyanı zədələyib. O, bundan sonra bir neçə cərrahi əməliyyat keçirib.