logo

Qurban Qurbanov dünya futbol məşqçilərinin reytinqində 223-cüdür 

19:49 03-01-2022 | icon 4732
Qurban Qurbanov dünya futbol məşqçilərinin reytinqində 223-cüdür 

Dünya futbol məşqçilərinin reytinq cədvəli açıqlanıb.

 YeniAvropa xəbər verir ki, planetin ən yaxşı 500 mütəxəssisi arasında Azərbaycan bir məşqçi - "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov ilə təmsil olunub. Hesabında 1592 xal olan Q.Qurbanov 223-cü pillədə qərarlaşıb.

Ağdam klubunun baş məşqçisi Ole-Qunnar Sulşer, Miçel, Raymond Domenek, Eusebio di Françesko, Murat Yakın, Aleksey Mixayliçenko, Ərtoğrul Sağlam, Viktor Qoncarenko, Miodraq Bojoviç, Valeri Karpin, Paulu Souza, Tomas Doll, Filippo İnzaqi kimi tanınmışları arxada qoyub.

Qeyd edək ki, siyahının ilk üç pilləsində Pep Qvardiola (2194), Yurgen Klopp (2088) və Joze Mourinyo (2065) qərarlaşıblar.