logo

Ceyhun Bayramova TÜRKSOY-un "Nizami xatirə nişanı” təqdim olunub

13:53 22-11-2021 | icon 441
Ceyhun Bayramova TÜRKSOY-un "Nizami xatirə nişanı” təqdim olunub

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov noyabrın 22-də Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, tərəflər Azərbaycan və TÜRKSOY arasında faydalı əməkdaşlıq və təşkilatın türk xalqlarının ortaq mədəniyyətinin təşviqi istiqamətində gördüyü işlər üzrə ümumi fikir mübadiləsi aparıblar.

TÜRKSOY-un baş katibi Azərbaycanda “Nizami İli”nin elan olunması ilə əlaqədar təşkilat tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib və dahi şair və mütəfəkkir Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbirlərin gələn ilin mart ayınadək davam edəcəyini söyləyib.

Baş katib Düsen Kaseinov TÜRKSOY tərəfindən nəşr edilmiş, Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş kitabı və “Nizami xatirə nişanı”nı nazir Ceyhun Bayramova təqdim edib.