logo

Azərbaycan daha 3 erməni hərbçisinin meyitini Yerevana göndərdi

19:50 19-11-2021 | icon 1827
Azərbaycan daha 3 erməni hərbçisinin meyitini Yerevana göndərdi

Noyabrın 16-da Azərbaycanla sərhəddə təxribat törədərkən zərərsizləşdirilən daha 3 erməni hərbçisinin meyiti Ermənistana təhvil verilib.

YeniAvropa xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb. Bildirilib ki, proses Rusiya sülhməramlılarının iştirakı ilə baş tutub.

Meyitlər İrəvana göndərilib.

Qeyd edək ki, bundan əvvəl, noyabrın 17-də Rusiya Cənub Hərbi Dairəsi qoşunlarının komandan müavini, general-leytenant Rüstəm Muradov Bakıdan təyyarə ilə Yerevana uçub. O,  özü ilə bir erməni hərbçisinin cəsədini aparıb.

Xatırladaq ki, noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələri 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın şərtlərini, habelə beynəlxalq hüququn fundamental prinsip və normalarını kobud şəkildə pozaraq, Kəlbəcər və Laçın rayonları ərazisində Azərbaycan ordusunun mövqelərini müxtəlif çaplı artilleriya qurğularından atəşə tutmağa başlayıb.

Cavab atəşı ilə düşmən xeyli itkilər verərək, susdurulub.