logo

Putin Azərbaycan-Ermənistan münaqişəsinin həllini Rusiya diplomatiyasında görür

19:18 18-11-2021 | icon 1617
Putin Azərbaycan-Ermənistan münaqişəsinin həllini Rusiya diplomatiyasında görür

Rusiya da daxil olmaqla, Cənubi Qafqazın bütün ölkələri regionun problemlərinin uzunmüddətli nizamlanmasında maraqlıdır.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putin bu gün RF XİN-in geniş kollegiya iclasında çıxışında bəyan edib.

Vladimir Putin deyib: “Bir il bundan əvvəl Rusiyanın fəal vasitəçiliyi sayəsində Dağlıq Qarabağda münaqişə dayandırılıb. Lakin bu yaxınlarda Ermənistan-Azərbaycan sərhədində baş verən atışmalar göstərdi ki, regionda vəziyyət hələ də tam sakitləşməyib. Sabitliyin təminatı üçün atəşkəs rejiminin və dinc əhalinin təhlükəsizliyinin qarantı kimi sülhməramlı kontingentin səylərinə çox ciddi ehtiyac var”.

RF prezidenti Azərbaycan və Ermənistan arasında mübahisəli məsələlərin nizamlanması, Cənubi Qafqazda iqtisadi əlaqələrin bərpası, həyati əhəmiyyət kəsb edən nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərin davam etdirilməsində Rusiya diplomatiyasının artan rolunu qeyd edib.

“Baş nazir müavinləri səviyyəsində müvafiq dövlətlərarası komissiya yaradılıb, məncə, orada perspektivlər heç də pis deyil. Regionun bütün ölkələri, o cümlədən Rusiya bu problemlərin uzunmüddətli nizamlanmasında maraqlıdır”, - deyə Rusiya dövlətinin başçısı əlavə edib.