logo

Lionel Messi ilin futbolçusu seçildi

19:57 17-11-2021 | icon 2989
Lionel Messi ilin futbolçusu seçildi

Argentina millisinin və Fransanın "PSJ" klubunun hücumçusu Lionel Messi "İlin futbolçusu" seçilib.

 YeniAvropa xəbər verir ki,34 yaşlı forvard "Goal" nəşrinin versiyasına əsasən bu ada sahib olub.

O, oxucuların səsverməsi nəticəsində qalib elan olunub. Messi 14 milyondan çox səs toplayıb.

İkinci pilləni İngiltərənin "Mançester Yunayted" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu, 3-cü yeri isə Almaniya "Bavariya"sının polşalı qolçusu Robert Levandovski tutub.