logo

Azərbaycanda daha 2015 nəfər koronavirusa yoluxdu, 31 nəfər öldü

16:40 16-11-2021 | icon 2919
Azərbaycanda daha 2015 nəfər koronavirusa yoluxdu, 31 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2015 yoluxma faktı qeydə alınıb, 2178 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 563 min 940 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 525 min 838 nəfər müalicə olunaraq sağalıb, 7 min 502 nəfər vəfat edib. Aktiv xəstə sayı 30 min 600 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 35, bu günə qədər isə ümumilikdə 5 milyon 380 min 154 test icra olunub.