logo

Daş karxanasında iş yerində ölən maşinistlə bağlı cinayət işi başlanıb

15:51 15-11-2021 | icon 1659
Daş karxanasında iş yerində ölən maşinistlə bağlı cinayət işi başlanıb

Noyabrın 12-si saat 18 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində “Qaradağ” ASC-yə məxsus daş karxanasında maşinist işləyən Əbülfəz Hacıyevin iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Qaradağ rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, aparılmış araşdırmalarla Əbülfəz Hacıyevin işlədiyi daş karxanasında idarə etdiyi daşkəsən mişar maşın-kombaynın mühərrik hissəsinə ilişərək mühərrikin hərəkətdə olan hissəsinin arasında qalması nəticəsində hadisə yerində öldüyü müəyyən olunub.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.