logo

Serbiya prezidenti Azərbaycanın xarici işlər nazirini qəbul edib

15:56 12-10-2021 | icon 420
Serbiya prezidenti Azərbaycanın xarici işlər nazirini qəbul edib

Oktyabrın 12-də Azərbaycanın Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubiley tədbiri çərçivəsində Serbiya Respublikasının prezidenti Aleksandar Vuçiç tərəfindən qəbul edilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, görüş zamanı Azərbaycan və Serbiya arasında yüksək xətlə inkişaf edən əməkdaşlıq məmnunluqla vurğulanıb, strateji münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə iki ölkə arasında imzalanmış sənədlərin əhəmiyyətinə toxunulub və bu sazişlərin ikitərəfli əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyi qeyd olunub.

Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevi Serbiyaya rəsmi səfər etməklə bağlı dəvətini çatdırmağı xahiş edib.

Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.