logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 133 min nəfəri ötüb

15:45 12-10-2021 | icon 2919
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 133 min nəfəri ötüb

Oktyabrın 12-də Azərbaycanda 39 min 810 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 min 15, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 min 795 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 37 min 99, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 903 min 419, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 133 min 680 nəfər təşkil edir.