logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 107 min nəfəri ötüb

20:11 11-10-2021 | icon 2821
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 107 min nəfəri ötüb

Oktyabrın 11-də Azərbaycanda 511 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 226, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 285 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 997 min 289, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 889 min 404, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 107 min 885 nəfər təşkil edir.