logo

Elnur Əşrəfoğlunun vəziyyəti kritik ağır olaraq qalır

15:55 11-10-2021 | icon 1498
Elnur Əşrəfoğlunun vəziyyəti kritik ağır olaraq qalır

Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış telejurnalist və idman şərhçisi Elnur Əşrəfoğlunun  son durumu açıqlanıb. 

 YeniAvropa xəbər verir ki,  "Yeni Klinika"dan verilən məlumatda jurnalistin ECMO cihazından ayrıldığı bildirilib. 

"Lakin onun ağciyərləri funksional deyil. Vəziyyəti hazırda kritik ağırdır", - xəstəxanadan bildirilib.

Xatırladaq ki,  Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.