logo

Azərbaycan, Türkiyə və Gürcüstan gömrük məsələləri üzrə birgə komitə yaradır

19:49 08-10-2021 | icon 2597
Azərbaycan, Türkiyə və Gürcüstan gömrük məsələləri üzrə birgə komitə yaradır

Azərbaycan, Türkiyə və Gürcüstan gömrük məsələləri üzrə üçtərəfli komitə yaradır.

YeniAvropa xəbər verir ki,bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev məlumat verib. 

“Azərbaycan, Türkiyə və Gürcüstan arasında gömrük məsələləri üzrə üçtərəfli komitənin yaradılması haqqında Protokolu həmkarlarımla birgə imzaladıq. Əminəm ki, Komitə üç ölkə arasında gömrük işi sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə öz töhfəsini verəcək”, - deyə DGK sədri vurğulayıb.