logo

Ədalət Vəliyev siyasi partiya sədrlərini Şuşaya apardı

12:02 07-10-2021 | icon 2849
Ədalət Vəliyev siyasi partiya sədrlərini Şuşaya apardı

Azərbaycanda fəaliyyət göstərən siyasi partiya rəhbərlərinin Şuşa şəhərinə səfəri başlayıb.

YeniAvropa xəbər verir ki, siyasətçiləri  səfərdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev müşayiət edir.

Səfər zamanı siyasi partiyalarının sədrləri Cıdır düzü, Qala divarları, Gəncə qapısı, şəhərin simvolları olan və Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən gülləbaran etdikləri Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəllərini, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edəcəklər.