logo

Azərbaycan nefti 83,17 dollara satılır

11:55 07-10-2021 | icon 2681
Azərbaycan nefti 83,17 dollara satılır

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,98 dollar azalaraq 83,17 dollar təşkil edib.

Qeyd edək ki, son iki ildə Azərbaycan neftinin maksimum satış qiyməti bu il oktyabrın 6-da qeydə alınıb. Azərbaycan neftinin  bir barreli 2019-cu il aprelin 26-dan bəri ilk dəfə rekord qiymətə - 85,15 dollara satılıb.  

Xatırladaq ki, “Azeri Light” neftinin bir barelinin qiyməti 2020-ci il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.