Milli Məclisdə ölkə teleməkanındakı vəziyyətlə bağlı müzakirələr aparılıb
Oktyabrın 6-da Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, komitə sədri Qənirə Paşayeva iclası açaraq gündəlik barədə məlumat verib. Qeyd olunub ki, iclasda İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsinə baxılacaq.
Vurğulanıb ki, “İctimai televiziya və radio yayımı haqqında” Qanuna uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına Sahibkarlar Şurası, gənclər təşkilatları, qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş namizədlərin 6 illik səlahiyyət müddəti 2021-ci il mayın 29-də başa çatıb.
Bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə Sahibkarlar Şurası tərəfindən Zeynalov Vüqar Eldar oğlu (Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti), Abdullayeva İlhamə Xanlar qızı (Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri), gənclər təşkilatları tərəfindən Əliyev Azər Ruslan oğlu (Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri), Axundova Ülviyyə Süleyman qızı (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri), qadın cəmiyyətləri tərəfindən Yusifova Sevil Şərif qızı (Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti), Mansurova Zərəngiz Dəmirçi qızı (Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Qadınlar Şurasının sədr müavini) yeni namizədlər olaraq irəli sürülüblər.
İclasda Qənirə Paşayeva vurğulayıb ki, “İctimai televiziya və radio yayımı haqqında” Qanuna uyğun olaraq, həmin qurumların irəli sürdüyü namizədlər arasından hər təşkilatdan bir nəfər olmaqla, qarşıdakı müddətə yeni şəxslər təsdiqlənməlidir.
Sonra Mədəniyyət komitəsi sədrinin müavini Fazil Mustafa, deputat Nizami Cəfərov müzakirə olunan məsələ ilə bağlı rəy və təkliflərini səsləndiriblər, ölkəmizdə televiziya məkanındakı durumla bağlı öz fikirlərini bölüşüblər.
Müzakirələrin yekununda İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi parlamentin plenar iclasına tövsiyə olunub.
Onlayn iclasda Milli Məclisin deputatları Novruz Aslanov, Cavanşir Feyziyev, Əziz Ələkbərli, Ülviyyə Ağayeva, Mixail Zabelin və Ülviyyə Həmzəyeva iştirak ediblər.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq