logo

Baş Prokurorluq  turizm şirkətlərinə xəbərdarlıq etdi

16:58 06-10-2021 | icon 427
Baş Prokurorluq  turizm şirkətlərinə xəbərdarlıq etdi

Azərbaycan Respublikasının Baş Prokurorluğu ölkəmizdə bəzi turizm şirkətlərinin fəaliyyətində yol verilən qanunazidd hallarla bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, son zamanlarda ölkə ərazisində turizm şirkətlərinin sayı olduqca artmaqdadır. Həmin şirkətlər müxtəlif marketinq üsullarından istifadə etməklə “isti təkliflər” təqdim edib özlərinə müştəriləri cəlb edirlər. Bir çox hallarda vətəndaşlar bu kimi təkliflərə aldanaraq kifayət qədər məlumat əldə etmədikləri, tanımadıqları turizm şirkətlərindən saxta “səyahət paketləri”ni almağa tələsirlər və nəticədə dələduzluq əməllərinin qurbanlarına çevirirlər.

“Səyahət etmək istəyən şəxslərə xarici ölkələrə tur aldıqları şirkətlərin etibarlılığına diqqət yetirmələrini və yalnız müvafiq rəsmi qeydiyyatdan keçmiş turizm şirkətlərinə ödəniş etmələrini tövsiyə edirik. Azərbaycan Respublikası Baş Prokurorluğu saxta “səyahət turları” sataraq vətəndaşlara qarşı dələduzluq edən şirkətlərin və onların nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edir”, - deyə məlumatda qeyd olunub.