logo

Azərbaycanın hər üç qadın güləşçisi dünya çempionatında məğlub olub

15:25 06-10-2021 | icon 2583
Azərbaycanın hər üç qadın güləşçisi dünya çempionatında məğlub olub

Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bu gün Azərbaycanın son qadın güləşçisi mübarizəyə başlayıb.

YeniAvropa xəbər verir ki,  59 kq çəki dərəcəsində yer alan Alyona Kolesnikin ilk görüşü 1/8 final mərhələsinə təsadüf edib.

O, belaruslu Kristina Sazıkinaya 4:8 hesabı ilə uduzub. Sazıkina finaladək irəliləyə bilməsə, Kolesnik bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılma şansını da itirəcək.

Qeyd edək ki, Azərbaycanın daha 2 təmsilçisi - Türkan Nəsirli (50 kq) və Elis Manolova (65 kq) elə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb.

Xatırladaq ki, sərbəst güləşçilərimizdəndən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) dünya çempionatında bürünc medal qazanıblar.