Bakıda Beynəlxalq Biznes Forum keçiriləcək
Noyabrın 14-17-də Bakıda 25-ci Beynəlxalq Biznes Forum (İBF - İnternational Business Forum) keçiriləcək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və forumun təsisçisi olan Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə keçiriləcək forum bir sıra ölkələrdən iş adamlarını və dövlət rəsmilərini bir araya gətirəcək.
KOBİA-dan YeniAvropa-ya bildirilib ki, hər il müxtəlif ölkələrdə keçirilən forumun təşkilində başlıca məqsəd ölkələr arasında ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi, davamlı əməkdaşlıq modellərinin yaradılması, investisiya sahəsində əməkdaşlıq və biznes əlaqələrinin möhkəmləndirilməsidir. Bu məqsədlə forum çərçivəsində bir sıra konfranslar, ölkə təqdimatları, ikitərəfli görüşlər, sərgilər və digər tədbirlər keçiriləcək.
Türkiyədə səfərdə olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və İBF Forumunun prezidenti, MÜSİAD-ın qurucu rəhbəri Erol Yarar arasında keçirilmiş görüşdə foruma hazırlıq işlərinə dair müzakirələr aparılıb. Qeyd olunub ki, bu ilin iyul ayında KOBİA və İBF arasında imzalanmış anlaşma memorandumuna uyğun olaraq, foruma hazırlıq işləri davam etdirilir. Tədbir çərçivəsində Azərbaycanın əlverişli biznes və investisiya mühitinin xarici investorlara tanıdılması, iş adamları arasında birbaşa biznes əlaqələrin qurulması, Qarabağın investisiya imkanları barədə təqdimatın keçirilməsi də nəzərdə tutulur. Forum post-COVID dövründə də ticarət və iqtisadi tərəfdaşlığın canlandırılması, yeni təşəbbüslərin reallaşdırılması baxımından iştirakçı ölkələr üçün faydalı olacaq.
Görüşdə KOBİA və MÜSİAD arasında yeni əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq