logo

İlham Əliyev Emoməli Rəhmonun ad gününü təbrik edib

13:13 05-10-2021 | icon 1764
İlham Əliyev Emoməli Rəhmonun ad gününü təbrik edib

Prezident İlham Əliyev oktyabrın 5-də Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmona telefonla zəng edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı Emoməli Rəhmonu ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və ölkənin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.

Tacikistan prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycanla Tacikistan arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə edib, əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirib, əlaqələrimizin perspektivləri barədə fikir mübadiləsi aparıblar.