logo

"Mixeil Saakaşvilinin əsas məqsədi Gürcüstanda iğtişaşlar yaratmaq idi"

09:29 04-10-2021 | icon 2170
"Mixeil Saakaşvilinin əsas məqsədi Gürcüstanda iğtişaşlar yaratmaq idi"

Mixeil Saakaşvili və onun komandasının əsas məqsədi Gürcüstanda iğtişaşlar yaratmaq və hakimiyyəti ittiham etmək idi. O, bu niyyətinə çatmaq üçün öz komandası ilə bir neçə müxalifət liderinin qətlini müzakirə edib.

YeniAvropa xəbər verir ki, bu sözləri Gürcüstanın baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalının efirində söyləyib.

Onun sözlərinə görə, keçmiş prezidentin oktyabrın 3-də Tbilisidə kütləvi aksiyaya getmək, polisi ora cəlb etmək və hökuməti müxalifətçilərin qətlində təqsirləndirmək planı olub. Bu, Gürcüstan xüsusi xidmət orqanlarının məlumatıdır. Hakimiyyətin delegitimləşdirilməsi onların planlarının bir hissəsi idi. Dünyaya göstərmək istəyirdilər ki, guya Gürcüstanda müxalifət liderlərini qətlə yetirirlər, o zaman onlar hökumətin istefasını və növbədənkənar seçkilərin təyin olunmasını tələb edəcəkdilər.

Baş nazir deyib ki, “Vahid Milli Hərəkat” Partiyasında həmin planla bağlı yekdil fikir olmayıb. Partiyanın sədri Nika Meliya hadisələrin bu cür inkişafı ilə razılaşmayıb.