logo

XVII Avrasiya Media Forumu onlayn formatda keçiriləcək

12:52 12-09-2021 | icon 3143
XVII Avrasiya Media Forumu onlayn formatda keçiriləcək

Qazaxıstanın paytaxtı Nur-Sultanda bu il sentyabrın 15-17-də XVII Avrasiya Media Forumu keçiriləcək. Forum, dünya və yerli mətbuat nümayəndələrini, beynəlxalq ekspertləri, siyasətçiləri, elm adamlarını, ictimai və mədəniyyət xadimlərini bir araya gətirəcək.

YeniAvropa xəbər verir ki, bir illik fasilədən sonra forum onlayn formatda keçiriləcək.

Bu il Avrasiya Media Forumunun proqramının ilk günü dünyanın aparıcı mütəxəssislərinin praktiki ustad dərslərinə həsr olunacaq və tədbir çərçivəsində “Türkdilli ölkələrin kütləvi informasiya vasitələri. Yeni bir reallıqda əməkdaşlığın inkişafı” adlı dəyirmi masa keçiriləcək, Forumun ikinci və üçüncü günlərinin mövzuları dünya siyasəti və iqtisadiyyatı, media, ekologiya, təhsil və futurologiya kimi sahələri əhatə edəcək.

Tanınmış beynəlxalq və Qazaxıstan mütəxəssisləri pandemiyanın qlobal proseslərə və insan münasibətlərinə təsirini, media və texnologiya sahəsindəki tendensiyaları, qeyri-dəqiq məlumatların həddindən artıq çox olması problemini, yeni ekoloji gündəmi müzakirə edəcəklər.