logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 3 milyon 68 min nəfəri ötüb

19:30 11-09-2021 | icon 2576
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 3 milyon 68 min nəfəri ötüb

Sentyabrın 11-də Azərbaycanda 64 min 520 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 min 286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 min 234 nəfər təşkil edib.

Azərbaycanda bu günədək vurulan vaksinlərin ümumi sayı 7 milyon 557 min 554, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 488 min 930, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 68 min 624 nəfərə çatıb.