logo

Ermənistan parlamenti Qarabağla bağlı komissiya yaratmaqdan imtina etdi

18:37 10-09-2021 | icon 3360
Ermənistan parlamenti Qarabağla bağlı komissiya yaratmaqdan imtina etdi

Ermənistan Milli Məclisi Qarabağla bağlı daimi komissiya yaratmaqdan imtina edib.

 YeniAvropa xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb. Bildirilib ki, məsələ bu gün qanunverici orqanın Dövlət-hüquq məsələləri komissiyasında müzakirə olunub.

Belə bir komissiyanın yaradılmasının lehinə cəmi 4 deputat səs verib. Beləliklə, qərar layihəsi qəbul edilməyib.

Qeyd edək ki, Qarabağla bağlı daimi komissiya yaradılması təşəbbüsü ilə müxalif “Hayastan” fraksiyası çıxış etmişdi.