logo

Şeyxülislam Allahşükür Paşazadə İtaliyaya səfər edəcək

16:36 10-09-2021 | icon 742
Şeyxülislam Allahşükür Paşazadə İtaliyaya səfər edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İtaliya Respublikasının G20-də sədrliyi çərçivəsində həmin ölkənin milli təşkilat komitəsi sədrinin dəvətinə əsasən, sentyabrın 12-14-də Bolonya şəhərində keçiriləcək “G20 VIII Dinlərarası Forum”da iştirak etmək məqsədilə bu ölkəyə səfər edəcək.

QMİ-nin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, “Mədəniyyətlər arasında sülh, dinlər arasında anlaşma” şüarı altında keçiriləcək Forumda dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçılarının, dini liderlərin, xarici işlər, təhsil, mədəniyyət və dini işlər nazirlərinin, beynəlxalq təşkilatların rəhbərlərinin, görkəmli alim və ictimai xadimlərin iştirakı planlaşdırılır.

VIII Dinlərarası Forumda COVID-19 və iqlim dəyişikliyi, qaçqın, məcburi köçkün və miqrantlara lazımi dəstəyin göstərilməsi, din və etiqad azadlığının, qadın və uşaq hüquqlarının qorunması, irqçilik, terrorizm, insan alveri, nifrət çağırışları ilə mübarizə və s. bu kimi müasir dünyaya qlobal təhlükə və təhdid yaradan problemlər müzakirə ediləcək.

Forumda Azərbaycanın dini konfessiya rəhbərlərinin təmsil olunduğu nümayəndə heyətinin rəhbəri qismində Şeyxülislam Allahşükür Paşazadənin məruzə ilə çıxışı nəzərdə tutulub.