logo

Kəmaləddin Heydərov Moskvada Rusiyanın fövqəladə hallar naziri ilə vida mərasimində iştirak edib

14:55 10-09-2021 | icon 1540
Kəmaləddin Heydərov Moskvada Rusiyanın fövqəladə hallar naziri ilə vida mərasimində iştirak edib

Sentyabrın 8-də faciəli şəkildə həlak olmuş Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri ordu generalı Yevgeni Ziniçev ilə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskvadakı Böhran Vəziyyətlərində Milli İdarəetmə Mərkəzinin inzibati binasında vida mərasimi keçirilib.

FHN-in mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, sentyabrın 10-da təşkil olunan vida mərasimində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov iştirak edib, mərhumun xatirəsinə ehtiramını bildirib.

Nazir mərasimdə iştirak edən Y.Ziniçevin ailə üzvlərinə, yaxınlarına və Rusiya Fövqəladə Hallar Nazirliyinin kollektivinə başsağlığı verib.