Turizm sahəsində Azərbaycan-Pakistan əməkdaşlığı müzakirə edilib
Sentyabrın 9-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ilə Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Bilal Haye arasında iki ölkənin turizm əlaqələrinin genişləndirilməsi məsələsi müzakirə olunub.
Dövlət Turizm AgentliyindənYeniAvropa-ya bildirilib ki, görüşdə agentlik sədri Pakistanın Azərbaycan üçün hədəf turizm bazarlarından biri olduğunu, 2018-2019-cu illərdə Pakistandan gələn ziyarətçilərin sayının əvvəlki illərə nisbətən dəfələrlə artdığını, ancaq təəssüf ki, pandemiya səbəbindən artım tempinin dayandığı qeyd edib.
Fuad Nağıyev Vətən müharibəsi dövründə dost ölkə tərəfindən Azərbaycana verilən siyasi dəstəyin əhəmiyyətini vurğulayaraq, bunun ölkələrimiz arasında iqtisadi və turizm əlaqələrinin də inkişafına öz töhfəsini verdiyindən bəhs edib.
İşğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı istiqamətində planlaşdırılan layihələr haqqında da məlumat verən Agentlik sədri yaxın gələcəkdə yeni turizm destinasiyası kimi təqdim olunacaq Qarabağa Pakistandan da turist səfərlərinin həyata keçiriləcəyinə inamını ifadə edib.
Səfir Bilal Haye öz növbəsində ölkələrimiz arasında turizm əlaqələrinin inkişafı və qarşılıqlı səfərlərin artması məqsədilə əməkdaşlıq sazişi layihəsinin önəmini vurğulayıb və yaxın gələcəkdə imzalanması planlaşdırılan sazişin qarşılıqlı səfərlərin artmasında və təşviqində rol oynayacağına əminliyini bildirib.
Görüş zamanı birbaşa aviareyslər, viza məsələləri, postpandemiya dövründə birgə tanıtım və təbliğat layihələrinin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılıb.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq