logo

Ağdərədəə saxlanılmış Azərbaycan əsgəri 3 erməniyə dəyişdirildi

14:28 08-09-2021 | icon 1533
Ağdərədəə saxlanılmış Azərbaycan əsgəri 3 erməniyə dəyişdirildi

Azərbaycan və Rusiya Prezidentləri və Ermənistan Respublikasının baş nazirinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatına uyğun olaraq, 2021-ci il iyulun 14-də Azərbaycan hərbçiləri tərəfindən Laçın rayonu ərazisində saxlanılmış Ermənistan Respublikasının vətəndaşları – Gümrü şəhər sakini, hərbi qulluqçu, 1981-ci il təvəllüdlü Nalbandyan Artur Hayki və Gorus rayon sakini, hərbi hissədə sürücü işləyən mülki şəxs, 1963-cü il təvəllüdlü Torozyan Aramais Qrati azad edilərək Rusiya sülhməramlılarının vasitəçiliyi ilə sentyabrın 7-də Ermənistana təhvil verilib.

Bu barədə YeniAvropa-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Məlumatda qeyd edilir ki, eyni zamanda, 2021-ci il avqustun 25-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Ağdərə şəhəri ərazisində saxlanılmış milli ordumuzun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Azərbaycan tərəfinə qaytarılıb.