logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 2 milyon 770 min nəfəri ötüb

18:58 02-09-2021 | icon 3038
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 2 milyon 770 min nəfəri ötüb

Sentyabrın 2-də Azərbaycanda 98 min 494 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60 min 167, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38 min 327 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 9 min 933, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 239 min 851, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 770 min 82 nəfər təşkil edir.