logo

Azərbaycan nefti 69,33 dollara satılır

10:40 20-07-2021 | icon 2926
Azərbaycan nefti 69,33 dollara satılır

Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb.

YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 4,78 dollar ucuzlaşaraq 69,33 dollar təşkil edib.

Qeyd edək ki, ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.