logo

Ağdamda əmisi oğlunu öldürən 18 yaşlı gənc həbs edildi

13:18 19-07-2021 | icon 1498
Ağdamda əmisi oğlunu öldürən 18 yaşlı gənc həbs edildi

İyulun 18-i saat 23 radələrində 1996-cı il təvəllüdlü Gəray Gərayevin Ağdam rayonu ərazisində qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin əmisi oğlu 2003-cü il təvəllüdlü Ülvü Gərayzadənin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gəray Gərayevə çoxsaylı bıçaq xəsarətləri yetirərək onu qəsdən öldürdüyü müəyyən edilib.

Faktla bağlı Ağdam rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ülvü Gərayzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda istintaq davam edir.