XİN və ADA Universiteti ilk “Diplomatiya həftəsi” keçirib
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və ADA Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən “44 günlük Vətən müharibəsi və müharibədən sonra Azərbaycanın xarici siyasəti” mövzusunda ilk “Diplomatiya həftəsi” başa çatıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatlarının və hərəkatlarının nümayəndələrinin iştirakı ilə keçirilən “Diplomatiya həftəsi”nin növbəti həftə də davam etməsi planlaşdırılır. İştirakçıların iki həftə ərzində Azərbaycan Respublikasının Vətən müharibəsi dövründə xarici siyasəti, habelə Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər haqqında ətraflı məlumatlandırılması üçün yüksək səviyyəli nümayəndələrlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
İyulun 12-də layihənin birinci günü çərçivəsində baş tutan rəsmi açılış mərasimində ADA Universitetinin prorektoru Fariz İsmayılzadə çıxış edərək iştirakçıları salamlayıb. Açılış mərasimində əsas qonaq qismində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edib.
İyulun 13-də - layihənin ikinci günündə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfovun mühazirəsi və Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçının çıxışı dinlənilib. Bununla yanaşı, layihənin ikinci günü çərçivəsində Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Hərb Tarixi Muzeyinə səfər təşkil olunub. Səfər çərçivəsində “Diplomatiya həftəsi”nin iştirakçıları muzeydə Azərbaycan Ordusuna məxsus və müxtəlif dövrləri əks etdirən eksponatlarla tanış olub, Müdafiə Nazirliyinin rəsmilərinin və Vətən müharibəsi iştirakçılarının çıxışlarını dinləyiblər. İştirakçılar Müdafiə Nazirliyi tərəfindən hazırlanan və Vətən müharibəsindəki tarixi Zəfərə həsr olunan qısa filmi izləyiblər.
Ertəsi gün iştirakçılar mədəniyyət naziri Anar Kərimov ilə görüşüblər. Növbəti görüş Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev ilə onlayn qaydada təşkil olunub.
İyulun 15-də - layihənin dördüncü günündə xarici işlər nazirinin müavini Elnur Məmmədov, Pakistanın ölkəmizdəki səfiri Bilal Haye, Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulu Nəsimi Ağayev ilə görüşlər keçirilib.
Layihənin beşinci günündə - iyulun 16-da Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyevin və Bakı Media Mərkəzinin ssenarist və redaktoru Müsəllim Həsənovun çıxışları dinlənilib. Daha sonra Bakı Media Mərkəzinin rəhbərliyi və əməkdaşları ilə birgə Heydər Əliyev Fondunun dəstəyi ilə Mərkəz tərəfindən hazırlanan və Arzu Əliyevanın layihə rəhbəri və baş prodüseri olduğu “Əbədi ezamiyyət” filmi nümayiş olunub.
İyulun 17-də - layihənin altıncı günündə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov ilə görüş keçirilib. Həmin gün çərçivəsində, həmçinin Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov ilə görüş olub.
Həftə ərzində keçirilən görüşlərdə “Diplomatiya həftəsi”nin qonaqları könüllülərin çoxsaylı suallarını cavablandırıblar.
İştirakçılar, eyni zamanda, həftənin sonunda ADA Universitetinin parkında piknik ediblər.
Layihənin növbəti həftə də davam etdirilməsi nəzərdə tutulub.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq