logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 664 mini ötüb

17:07 13-07-2021 | icon 2765
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 664 mini ötüb

İyulun 13-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 50 min 784 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 19 min 371, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 31 min 413 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 4 milyon 159 min 298-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 494 min 551, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 664 min 747 nəfərdir.