logo

Ötən ay azərbaycanlılar Türkiyədən 164 mənzil alıblar

18:17 12-07-2021 | icon 1393
Ötən ay azərbaycanlılar Türkiyədən 164 mənzil alıblar

2021-ci ilin iyun ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 164 daşınmaz əmlak alışı həyata keçirib.

YeniAvropa xəbər verir ki, Türkiyənin Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki,  ötən ay ərzində Türkiyədə ən çox əmlak alışı həyata keçirən ölkələr sırasında Azərbaycan yeddinci sırada qərarlaşıb.

İyun ayı ərzində Azərbaycan vətəndaşları tərəfindən alışı həyata keçirilən daşınmaz əmlakların sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 94 ədəd və ya 2,3 dəfə çoxdur. Əvvəlki ayla (2021-ci il may) müqayisədə isə 117 ədəd və ya 3,5 dəfə çoxdur.

2021-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan vətəndaşları Türkiyədən 1 186 daşınmaz əmlak alıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 30,6 faiz azdır.

Qeyd edilib ki, 2021-ci ilin iyun ayında xarici vətəndaşlar tərəfindən ümumi 4 876 daşınmaz əmlakın alışı həyata keçirilib.