Sabah Romada İtaliya-Türkiyə oyunu ilə futbol üzrə XVI Avropa çempionatı start götürür
İyunun 11-də Romadakı “Olimpiko” stadionunda keçiriləcək İtaliya-Türkiyə oyunu ilə futbol üzrə 16-cı Avropa çempionatına start veriləcək.
YeniAvropa xəbər verir ki, iyulun 11-dək davam edəcək çempionatda 24 komanda altı qrupda mübarizə aparacaq.
Futbol üzrə Avropa çempionatının 60 illik yubileyi münasibətilə UEFA-nın sabiq prezidenti Mişel Platininin “EURO-2020”nin oyunlarının bir neçə ölkədə keçirilməsi təşəbbüsü ilə çıxış edib. Sınaq kimi UEFA 17 yaşlılar arasında Avropa çempionatının elit raund mərhələsini həmin formatda keçirdi. “Bu sistemi praktikadan keçirdik və güman edirəm ki, hər kəs razı qaldı. Bir sıra təzyiqlər olsa da, sonda Avropa çempionatının final mərhələsinin oyunlarının qitənin 12 şəhərində keçirilməsi barədə qərar qəbul olundu. Çempionatın oyunlarının 12 şəhərdə keçirilməsi barədə qərar qəbul olunsa da, Dublin şəhəri sonradan namizədliyini geri götürüb. Beləliklə, 16-cı Avropa çempionatının oyunlarına Bakı (“Olimpiya Stadionu”), Sankt-Peterburq (“Sankt-Peterburq Arena”), London (“Uembli”), Münhen (“Münhen Arena”), Roma (“Olimpiko”), Buxarest (“Nasyonal Arena”), Kopenhagen (“Parken”), Amsterdam (“Yoxan Kroyff”), Sevilya (“La-Kartuxa”), Qlazqo (“Hampden Park”), Budapeşt (“Puşkaş Arena”) şəhərləri ev sahibliyi edəcək.
Turnirin 2020-ci il iyunun 12-dən iyulun 13-dək keçirilməsi planlaşdırılırdı. Lakin koronavirus pandemiyası səbəbindən çempionatın 2021-ci ildə keçirilməsi barədə qərar qəbul edilib.
Avropa çempionatları tarixində ilk dəfə bu turnirdə videonəzarət (VAR) texnologiyasından istifadə ediləcək. Çempionatın final görüşü Londondakı “Uembli” stadionunda təşkil olunacaq. “Uembli” stadionu 1996-cı ildəki çempionatdan sonra ikinci dəfə yarımfinal və final oyunlarına ev sahibliyi edəcək.
Avropa çempionatının rəsmi mahnısı da müəyyənləşib. Belə ki, mahnını niderlandlı Martin Qarriks və İrlandiyanın “U2 Bono and The Edge” rok qrupunun üzvləri ifa edirlər. Mahnı “We are the people” adlanır.
2020-ci ilin noyabrın 30-da Buxarestdə atılan püşkün nəticələrinə əsasən, Türkiyə millisi İtaliya, Uels və İsveçrə yığmaları ilə birlikdə A qrupunda yer alıb. Danimarka, Finlandiya, Belçika və Rusiya seçmələri B, Niderland, Ukrayna, Avstriya və Şimali Makedoniya qrupunda mübarizə aparacaqlar. D qrupunda İngiltərə, Xorvatiya, Çexiya və Şotlandiya yarışacaqlar. İspaniya, İsveç, Polşa və Slovakiya E qrupunda yer alıblar. Sonuncu - F qrupunda isə Fransa, Almaniya, Portuqaliya və Macarıstan seçmələri qarşılaşacaqlar.
Xatırladaq ki, 1960-cı ildə keçirilən ilk Avropa çempionatının qalibi SSRİ yığması olub. Avropa çempionu titulunu ən çox Almaniya (1972, 1980, 1996) və İspaniya (1964, 2008, 2012) milliləri qazanıblar.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq