logo

Zelenski jurnalistlərə kabab qonaqlığı verdi

14:21 06-06-2021 | icon 4095
Zelenski jurnalistlərə kabab qonaqlığı verdi

Ukrayna prezidenti Vladimir Zelenski açıq havada media nümayəndələri ilə görüş keçirib.

 YeniAvropa yerli mətbuata istinadən xəbər verir ki, V.Zelenski jurnalistləri peşə bayramı münasibəti ilə təbrik edib və onları kabab qonaqlığına dəvət edib.

"Öz əllərimlə hazırladığım kabab, əla hava və həmişə olduğu kimi dostluq ab-havası. Tabular olmadan söhbət, kəskin suallar və dürüst cavablarım... Bu cür görüşlərin artıq ənənə halına gəlməsi çox xoşdur", - deyə V.Zelenski şəxsi "İnstaqram" hesabında yazıb.

Qeyd edək ki, Ukrayna lideri ötən il də oxşar görüş keçirib. Prezident və media nümayəndələri birgə velosiped sürüblər.