logo

İlham Əliyev xalq artisti Xuraman Qasımova “İstiqlal” ordeni ilə təltif edib

15:05 05-06-2021 | icon 2226
İlham Əliyev xalq artisti Xuraman Qasımova “İstiqlal” ordeni ilə təltif edib

Prezident İlham Əliyev  iyunun 5-də xalq artisti Xuraman Qasımovanın təltif edilməsi haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: 

"Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Xuraman Əkrəm qızı Qasımova “İstiqlal” ordeni ilə təltif edilsin".

Qeyd edək ki, Xuraman Əkrəm qızı Qasımova 6 iyun 195-ci ildə Bakı şəhərində anadan olub.

Azərbaycan opera müğənnisi (soprano), pedaqoq, Azərbaycan SSR xalq artisti (1986), Azərbaycan SSR Dövlət mükafatı, "Şöhrət" və "Şərəf" ordenləri laureatı Xuraman Qasımovanın sabah 70 yaşı tamam olur.