logo

Füzulidə azad olunan ərazilərdən xeyli sayda silah-sursat aşkarlanıb

09:21 05-06-2021 | icon 4445
Füzulidə azad olunan ərazilərdən xeyli sayda silah-sursat aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan YeniAvropa-ya bildirilib Füzuli rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti belə tədbir zamanı rayonun işğaldan azad edilmiş ərazilərindəki tərk olunmuş hərbi mövqelərdən 11 ədəd avtomat, 5 ədəd qumbaraatan, 1 ədəd pulemyot, 1 ədəd minaatan komplekti, 1 ədəd “Foqot” markalı tank əleyhinə raket, 11 ədəd əl qumbarası, 23 ədəd avtomat darağı, 6804 ədəd müxtəlif çaplı güllələr və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.