logo

Minaya düşən jurnalistlərə şəhid statusu veriləcək

14:58 04-06-2021 | icon 1694
Minaya düşən jurnalistlərə şəhid statusu veriləcək

“Xidməti vəzifələrini yerinə yetirərkən həlak olan Məhərrəm İbrahimov, Sirac Abışov və Arif Əliyevə də şəhid statusu veriləcək”.

YeniAvropa xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat aktibi Fazil Talıbov bildirib.
 
F.Talıbov qeyd edib ki, erməni hərbi təxribatı nəticəsində həlak olmuş mülki şəxslərə də qanunvericiliyə əsasən şəhid statusu verilir: 
“Həmakrlarımız - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov (Əlioğlu), AzTV-nin operatoru Sirac Abışov və Susuzluq kəndi üzrə icra nümayəndəsinin müavini Arif Əliyevin Kəlbəcər rayonunda minaya düşərək, həlak olması hamımızı sarsıtdı.
Bu, Ermənistanın mülki şəxslərə qarşı cinayətlərinin, insanlığa qənim kəsilmiş erməni terrorunun bir davamıdır. 

Hər üç şəhidimizə Allahdan rəhmət, doğmalarına səbr diləyirik!”