logo

? boksçumuz Parisdə "Tokio-2020"  Olimpiadasına vəsiqə uğrunda yarışır

11:44 04-06-2021 | icon 3017
? boksçumuz Parisdə "Tokio-2020"  Olimpiadasına vəsiqə uğrunda yarışır

İyunun 4-də Parisdə boks üzrə Avropa Olimpiya təsnifat turniri bərpa olunacaq.

YeniAvropa  Azərbaycan Boks Federasiyasının saytına istinadla xəbər verir ki, ötən il martın 14-də Londonda başlayan turnir koronavirus pandemiyası ilə əlaqədar üç gündən sonra dayandırılmışdı.

Parisdə yarışın birinci günündə Azərbaycan millisinin dörd boksçusu dörddəbir finala vəsiqə uğrunda rinqə çıxacaq. Belə ki, səkkizdəbir finalda 69 kiloqram çəki dərəcəsində mübarizə aparan Lorenzo Sotomayor Danimarka təmsilçisi Sebastian Terteryan ilə görüşəcək. Alfonso Dominqes (81 kq) ukraynalı Stefan Hrekula ilə qarşılaşacaq.

Qadın boksçularımızdan Məhsəti Həmzəyeva (57 kq) Türkiyə idmançısı Aycan Güldağ, Aynur Rzayeva (75 kq) isə polşalı Yelizaveta Vojçik ilə üz-üzə gələcəklər.

Beş gün davam edəcək Avropa Olimpiya təsnifat turnirində Azərbaycanın 7 boksçusu mübarizəni davam etdirir. Tokio Yay Olimpiya Oyunlarına lisenziya uğrunda Cavid Çələbiyev (63 kq), Məhəmməd Abdullayev (+91 kq), həmçinin Olimpiadada iştirakını təmin edən Tayfur Əliyev (57 kq) növbəti günlərdə yarışa qoşulacaqlar.

Onların qüvvəsini sınadıqları 63 kiloqram çəki dərəcəsində 8, 57, 69 və 81 kiloqram çəki dərəcələrində 6, +91 və 75 kiloqram çəki dərəcələrində isə 4 idmançı Olimpiya Oyunlarına lisenziya qazanacaq.