logo

Rəcəb Tayyib Ərdoğan YAP nümayəndə heyətini qəbul edib

18:45 03-06-2021 | icon 1785
Rəcəb Tayyib Ərdoğan YAP nümayəndə heyətini qəbul edib

Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətini partiyasının mərkəzi qərargahında qəbul edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Ədalət və İnkişaf Partiyası ilə YAP arasında əlaqələrin inkişafının vacibliyini vurğulayan prezident Rəcəb Tayyib Ərdoğan əminliklə bildirib ki, əməkdaşlığın genişləndirilməsi tərəflər üçün olduqca faydalıdır.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyası sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinə YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova,  Milli Məclisin deputatı Ramil Həsən və YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov daxildir.