logo

"Tokio-2020" Olimpiya Oyunları olsun, olmasın?:Yaponiya dilema qarşısında

15:32 03-06-2021 | icon 2947
"Tokio-2020" Olimpiya Oyunları olsun, olmasın?:Yaponiya dilema qarşısında

Olimpiya Oyunlarinın təşkilat komitəsinin prezidenti Seyko Hasimoto pandemiya səbəbindən "Tokio-2020" Yay Olimpia Oyunlarının növbəti dəfə ləğv olunmasına və ya təxirə salınmasına qarşı çıxıb.

YeniAvropa xəbər verir ki, bu barədə "Interfax" informasiya agentliyi məlumat yayıb.

“Olimpiya Oyunlarını yenidən təxirə sala bilmərik”, - deyə Seyko Hasimoto koronavirusun yayılması ilə bağlı Oyunların keçirilməsinə qarşı etirazlar fonunda “Nikkan” idman qəzetinə müsahibəsində bildirib.

“Tokyo Shimbun” qəzetinin məlumatına əsasən, Tokio Paytaxt Assambleyasının (prefekturanın parlament orqanı) əksər deputatları da Oyunların ləğvinə tərəfdardırlar.

Yaponiyanın baş tibbi məsləhətçisi Siqeru Omi parlament komitəsində çıxışı zamanı mövcud epidemioloji vəziyyəti nəzərə alaraq Olimpiadanın keçirilməsinin “anormal” olduğunu deyib.

Bir müddət öncə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) başçısı Tomas Bax, Olimpiada başlayana qədər yarış iştirakçılarının azı 75 faizinin peyvəndlənəcəyini bildirib. Eyni zamanda, "Pfizer" və "BioNTech" kompaniyaları Tokio Olimpiya Oyunlarının peyvənd olunmaq istəyən iştirakçılarının immunlaşdırılması üçün komitəyə təmənnasız olaraq COVID-19 əleyhinə vaksin verəcəyini elan edib.

2020-ci il iyulun 24-dən avqustun 9-na qədər keçirilməli olan, lakin koronavirus pandemiyası səbəbindən təxirə salınan Olimpiya Oyunlarının bu il iyulun 23-dən avqustun 8-nə qədər keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Yaponiya dünyanın bir çox ölkəsinin əziyyət çəkdiyi geniş miqyaslı koronavirus epidemiyasından yayınmağa müvəffəq olub. Lakin son dalğanın gedişində koronavirus infeksiyasının səbəb olduğu ağırlaşmalar daha çox müşahidə edilir. Pandemiyanın əvvəlindən bəri Yaponiyada koronavirusa 752 mindən çox yoluxma və 13 min 245 ölüm faktı qeydə alınıb.