logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 914 mini ötüb

17:47 02-06-2021 | icon 3689
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 914 mini ötüb

İyunun 2-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 54 min 379 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 47876, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 6503 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 367 min 94-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 452 min 774, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 914 min 320 nəfərdir.